Məscidin pəncərəsini təmizləyərkən yıxıldı

Məscidin pəncərəsini təmizləyərkən yıxıldı
  27 İyun 2023    Oxunub:1459
Sabirabad rayon sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb.
Hadisə rayon mərkəzindəki “Şamaxı” adlanan məsciddə baş verib.

Belə ki, Sabirabad şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədova Adilə Yosət qızı məscidin pəncərəsini təmizləyərkən hündürlükdən yıxılıb. Hadisə zamanı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

A.Məmmədova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti