Bakı-Quba yolunda yük maşını aşıb, 2 nəfər ölüb

Bakı-Quba yolunda yük maşını aşıb,    2 nəfər ölüb
  27 İyun 2023    Oxunub:1040
Bakı-Quba yolunda yük maşınının aşması nəticəsində ölənlərin sayı 2-yə çatıb.
AzVision.az xəbər verir ki, Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində baş vermiş qəzada ağır bədən xəsarətləri alan sərnişin, Qobustan rayon sakini, 1967-ci il təvəllüdlü İbrahimov Nazim Zülfəli oğlu Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sürücü Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Musatafayev Bəhruz Vaqif oğlu hadisə yerində ölüb.

Hər iki şəxsin meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti