Naxçıvanda avtoqəzada ölənlərin sayı 8-ə çatıb

Naxçıvanda avtoqəzada ölənlərin sayı    8-ə çatıb
  27 İyun 2023    Oxunub:1247
İyunun 26-da gecə saatlarında Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb.
Qəza nəticəsində xəsarət almış daha 2 nəfərin vəziyyəti ağır olaraq qalır.

Hazırda hər iki şəxsin müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb. (Report)

AzVision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti