Evləri yararsız vəziyyətə düşmüş vətəndaşlar üçün çadırlar qurulub

Evləri yararsız vəziyyətə düşmüş vətəndaşlar üçün çadırlar qurulub
  27 İyun 2023    Oxunub:3127
Lerik rayonunda evləri yararsız vəziyyətə düşmüş vətəndaşlar üçün çadırlar qurulub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, nazirliyə Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti