Hoteldə ölən şəxs Turizm Agentliyi sədrinin müşaviri olub - FOTO

Hoteldə ölən şəxs Turizm Agentliyi sədrinin müşaviri olub    - FOTO
  27 İyun 2023    Oxunub:1391
Oğuzda hoteldə həkim tərəfindən tibbi yardım göstərildikdən bir neçə saat sonra ölmüş Sübhan Quliyev Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri olub.
Bu barədə AzVision.az DTA-dan məlumat əldə edib.

Məlumata görə, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, ilkin məlumata görə, S.Quliyev ürəktutmadan vəfat edib.

AzVision.az



Teqlər:





Xəbər lenti