Zabratda təndirxanada partlayış: 5 nəfər xəsarət alıb

   Zabratda təndirxanada partlayış:    5 nəfər xəsarət alıb
  26 İyun 2023    Oxunub:1128
Bu gün saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, nəticədə 5 nəfər yanıq xəsarəti alıb.

Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar. Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti