Göygöldə itkin düşən gəncin meyiti tapılıb

Göygöldə itkin düşən gəncin meyiti tapılıb
  26 İyun 2023    Oxunub:1049
Göygöl rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü Zaur İsmayılov iyunun 22-də itkin düşüb. Yaxınları onun dağlıq ərazidə mal-qara otaran zaman itkin düşdüyünü bildirib və Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Gəncin mal qara otardığı ərazinin yaxınlığında təbii və lilli gölməçələr olduğundan onun ora düşərək batdığı ehtimalı nəzərə alınaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şəmkir” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri də axtarışlara cəlb olunub. Aarılan axtarışlardan sonra onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti