Altı nəfərin öldüyü yol qəza ilə bağlı cinayət işi başlanılıb

Altı nəfərin öldüyü yol qəza ilə bağlı cinayət işi başlanılıb
  26 İyun 2023    Oxunub:1040
Naxçıvanda 6 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb və müəyyən ekspertizalar təyin edilib.

Naxçıvan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Qeyd edək ki, hadisə ötən gün gecə saatlarında Kəngərli rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti