Toydan qayıdanlar qəzaya düşdü, 5 nəfər öldü

   Toydan qayıdanlar qəzaya düşdü,    5 nəfər öldü
  26 İyun 2023    Oxunub:929
Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Rayonun Kərki və Böyükdüz kəndləri arasında iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 5 nəfər ölüb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Qəzada yaralı olan beş nəfərin vəziyyəti də ağır qiymətləndirilir. Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti