Azərbaycan III Avropa Oyunlarında daha iki medalı təmin edib

   Azərbaycan III Avropa Oyunlarında daha iki medalı təmin edib
  25 İyun 2023    Oxunub:1033
Muay-tay üzrə Azərbaycan millisinin üzvü Aysun Dərvişova Polşada təşkil olunan III Avropa Oyunlarına qələbə ilə başlayıb.
AzVision.az xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir finalda Xorvatiya idmançısı Zelyana Pitesaya 30:26 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Digər idmançımız Emiliya Rzayevanın (63,5 kq) rəqibi Nora Kornoll (Fransa) görüşə çıxmadığı üçün rəqibimiz qalib elan olunub və yarımfınala vəsiqə qazanıb.

Hər iki təmsilçimiz özü üçün ən azı bürünc medalı təmin edib.

Daha əvvəl millimizin digər üzvü Xəyal Əliyev (67 kq) yarımfinala vəsiqə qazanaraq, minimum bürünc medalı təmin etmişdi.

Yarımfinal görüşləri iyunun 26-da keçiriləcək.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti