Məktəbdə maaşların mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb

Məktəbdə maaşların mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb
  25 İyun 2023    Oxunub:1177
Daşkəsən rayon Şahvələdli kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Daşkəsən rayon Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan məktəbin direktoru Roman Tağıyevin 2020-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitini mənimsəməsi və sair qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti