Bakıda gənci qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda gənci qətlə yetirən şəxs saxlanılıb -    YENİLƏNİB
  24 İyun 2023    Oxunub:1044
Nərimanov rayonu Hidayətzadə küçəsində 2003-cü il təvəllüdlü Kərimov İlham Hikmət oğlunu öldürməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

00:05

İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu Hidayətzadə küçəsində 2003-cü il təvəllüdlü Kərimov İlham Hikmət oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti