Vətəndaşlar Neftçalanın icra başçısını döyüb? - Açıqlama

  Vətəndaşlar Neftçalanın icra başçısını döyüb? -    Açıqlama
  23 İyun 2023    Oxunub:1788
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir.
Bu barədə AzVision.az -a cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Neftçala RİH başçısı M.Seyidovun səyyar qəbul zamanı vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar yayılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti