Üçüncü kurs tələbəsi dənizdə batdı

 Üçüncü kurs tələbəsi dənizdə batdı
  23 İyun 2023    Oxunub:1473
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi bədbəxt hadisə nəticəsində vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə AzTU məlumat yayıb. Bildirilir ki, ölən Samir Əhədli adlı şəxs Metallurgiya və materialşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi olub.

O, iyunun 20-də Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə batıb. Onun nəşi iyunun 23-ü səhər saatlarında FHN xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"AzTU-nun rəhbərliyi və kollektivi Samir Əhədlinin vaxtsız vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda yazılıb.

AzVision.az


Teqlər: AzTU  





Xəbər lenti