FHN: "Yaşayış binasında 840 kvadrat metr sahə yanıb"

      FHN:    "Yaşayış binasında 840 kvadrat metr sahə yanıb"
  23 İyun 2023    Oxunub:1126
Bakıda baş vermiş yanğına ümumilikdə 18 əsas və xüsusi texnika, 90 nəfər şəxsi heyət cəlb olunub.
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səhər saat 07:02-də FHN-in idarəetmə xidmətinin “101” mərkəzinə İnşaatçılar prospekti 80 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub: “Beşmərtəbəli binanın yanan əsas hissəsi dam örtüklüdür. Onun 4 mərtəbəsi yaşayış üçün nəzərdə tutulan, 5ci isə sonradan tikilmədir və dəhliz tiplidir. Orada əvvəllər emalatxanalar fəaliyyət göstərib. Sonra binada müəyyən otaqlar özəlləşdirildikdən sonra digər formada fəaliyyət göstərib”.

R.Xudiyev deyib ki, ümumilikdə binanın dam örtüyünün sahəsi 1640 kvadrat metrdir: “Onun 840 kvadrat metri yanğına məruz qalıb. Digər hissəsi isə mühafizə olunub. Bununla yanaşı, aşağı mərtəbələr mühafizə olunub. Hazırda yanğın texnikaları işləməkdədir. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. İstintaq qrupunun işindən sonra məlum olacaq”.

AzVision.az



Teqlər:





Xəbər lenti