Ağdamda 15 yaşlı qız itkin düşüb - FOTO

Ağdamda 15 yaşlı qız itkin düşüb -    FOTO
  22 İyun 2023    Oxunub:1554
Ağdamda 15 yaşlı qız itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağdam rayon sakini, 2008-ci il təvəllüdlü Elvira Həsrətli iyun ayının 10-da yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.

Onun tapılması ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

E.Həsrətlinin əlamətləri belədir: 160 sm boyu, 60-65 kq çəkisi, qara və qismən uzun saçları var. Əynində qara köynək və şalvar, ağ rəngli idman ayaqqabısı olub.
Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti - Zəng Mərkəzinə, eləcə də Ağdam Rayon Polis Şöbəsinin (026) 325-02-02 və (050) 443-24-76 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.



AzVision.az


Teqlər:





Xəbər lenti