Dünən verilən imtahanın nəticələri açıqlandı

Dünən verilən  imtahanın nəticələri açıqlandı
  22 İyun 2023    Oxunub:1502
İyunun 21-də keçirilmiş ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 70-ci proqrama aid ixtisaslaşmalarına qəbul üzrə qabiliyyət imtahanının nəticələri elan edilib.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bakalavrlar imtahan nəticələri ilə verilən keçiddən tanış ola bilərlər:

https://eservices.dim.gov.az/erizemag/qabiliyyet

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 23 iyun tarixində saat 10:00-dan 12:00-dək apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər göstərilən saatlarda təşkil olunacaq komissiyaya müraciət edə bilərlər. Həmin vaxt ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün ərizə təqdim edə bilməyəcəklər.

AzVision.az


Teqlər: İmtahan  





Xəbər lenti