"Qualcomm"un yeni mobil çipi "Apple M2"dən daha güclüdür

"Qualcomm"un yeni mobil çipi "Apple M2"dən daha güclüdür
  21 İyun 2023    Oxunub:1427
Nüfuzlu insayder "Digital Chat Station" ekranı "AnTuTu" etalonundan keçən "Nubia Red Magic 8S Pro" smartfonunun fotosunu dərc edib.
Smartfon "Apple M2" çipi ilə təchiz edilən "iPad Pro" planşetindən yüksək nəticə göstərib. Belə ki, yenilik bençmarkda 1,7 milyondan çox bal toplaya bildiyi halda, "Apple" planşeti 1,4 milyon bal toplayıb. Bu performans artımı "Red Magic 8S Pro"nun əsaslandığı "Snapdragon 8+ Gen 2" çipi ilə mümkün olub.

Smartfonda həmçinin aktiv soyutma sistemi və ekranın altında görünməyən ön kamera alacaq. Göründüyü kimi, "Qualcomm"dan yeni "overclock" edilmiş çipset "Samsung"un flaqman smartfonlarında quraşdırılmış "Galaxy" çipi üçün adı dəyişdirilmiş "Snapdragon 8 Gen 2" olacaq. Onun əsas nüvəsi 3,36 GHz, baza 8 Gen 2 isə 3,2 GHz tezliyə malikdir. Smartfonun təqdimat tarixi və qiyməti hələlik açıqlanmır.

AzVision.az


Teqlər:





Xəbər lenti