Qaxda sel fəsadlar törədib - VİDEO

Qaxda sel fəsadlar törədib -    VİDEO
  21 İyun 2023    Oxunub:3017
Fövqəladə Hallar Nazirliyinə Qax rayonu, Qaradolaq kənd sakini Salmanov Süleyman Məhəmməd oğluna məxsus evin intensiv yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Qaradolaq kənd sakini S.Salmanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.



AzVision.az


Teqlər:





Xəbər lenti