Ana və 8 aylıq körpəsinin öldürülməsi ilə bağlı cinayət işi başlanıb

 Ana və 8 aylıq körpəsinin öldürülməsi ilə bağlı cinayət işi başlanıb
  20 İyun 2023    Oxunub:1653
İyunun 20-si saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AzVision.az -a bildirilib ki, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun həyat yoldaşı Leyla Hüseynli və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti