Kiyev azərbaycanlı gənci təltif edib: 154 nəfər arasından dördüncü olub

 Kiyev azərbaycanlı gənci təltif edib:    154 nəfər arasından dördüncü olub
  20 İyun 2023    Oxunub:1806
“Vikipediya”nın Azərbaycan dili bölməsinin inzibatçısı Ayxan Zayıdzadə Ukrayna İnstitutunun dəstəyi ilə keçirilmiş "Ukrayna Mədəni Diplomatiya Ayı"nda iştirak edib.
Bu barədə AzVision.az -a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O, mart ayı ərzində keçirilən və dünya üzrə 64 dil layihəsini əhatə edən bu turnirdə 154 nəfər arasından dördüncü yeri tutub və mükafatlandırılıb.

Qeyd edək ki, 12 yaşından “Vikipediya”da uğurlu fəaliyyət göstərən Ayxan Zayıdzadə “Qorqud” Vikipediya Metodik Klubunun ekspertidir. O, eyni zamanda Vətən müharibəsində əsaslı və arqumentli faktlarla erməni iddialarına qarşı mübarizə aparıb.

AzVision.az



Teqlər:





Xəbər lenti