"Mersedes"in yanacaq çəni alovlandı, yaralılar var

   "Mersedes"in yanacaq çəni alovlandı,    yaralılar var
  20 İyun 2023    Oxunub:971
Bakı şəhər Sabunçu rayonunda 3 nəfərin yanıq xəsarətləri alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
AzVision.az xəbər verir ki, qəsəbədə qaraj tipli avtomobil təmiri sexində Bünyamin Şükürova məxsus “Mercedes” markalı avtomobilin yanacaq çəni qəfil alovlanıb. Nəticədə qarajın sahibi Kamal Vəliyev, onun 8 yaşlı oğlu Mövlud, həmçinin avtomobil sahibinin 10 yaşlı oğlu Bünyamin müxtəlif dərəcəli xəsarətlər alıb.

Faltla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Yanğın  





Xəbər lenti