Əhalinin borclanma səviyyəsi artıb

   Əhalinin borclanma səviyyəsi artıb
  19 İyun 2023    Oxunub:1086
2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib. Tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olub.
Bu barədə AzVision.az Azərbaycan Mərkəzi Bankının keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir. Qeyd edək ki, cari ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilib.

Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsədə, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti