Bu müəllimlər sertifikasiya imtahanında iştirak etməyəcək

   Bu müəllimlər sertifikasiya imtahanında iştirak etməyəcək
  18 İyun 2023    Oxunub:1308
Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.
Bu barədə AzVision.az -a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, buna müvafiq olaraq həmin təhsilverənlərin iyunun 20-dən 24-dək keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.

Qeyd edək ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti