Daşkəsəndə cinayətkar dəstə saxlanılıb

Daşkəsəndə cinayətkar dəstə saxlanılıb
  17 İyun 2023    Oxunub:1035
Daşkəsəndə oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus tövbəyə qanunsuz olaraq ümumi dəyəri 2000 manata yaxın olan 8 baş xırda buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakinləri Qamət Ələkbərov, İsmayıl Orucov,Göygöl rayon sakini Mahmud Cəfərov və həmyerlisi Sənan Əmraslanov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxlər törətdikləri cinayət əməllərini etiraf ediblər, faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

AzVision.az



Teqlər: Daşkəsən  





Xəbər lenti