DİN: Oğuzdakı ağır yol qəzasında bir nəfər ölüb, 4-ü xəsarət alıb

 DİN:  Oğuzdakı ağır yol qəzasında bir nəfər ölüb, 4-ü xəsarət alıb
  13 İyun 2023    Oxunub:950
Oğuzdakı ağır yol qəzasında bir nəfər ölüb, 4-ü xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, bu gün axşam saatlarında Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “Toyota” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti