Qubada ev yanıb, 4 nəfər xəsarət alıb

Qubada ev yanıb, 4 nəfər xəsarət alıb
  12 İyun 2023    Oxunub:818
Quba rayonunun Dərk kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evində yanğın olub.
Bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki. evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları yanıb.

"Yanğın zamanı 4 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti