Şamaxıda avtomobilin aşması nəticəsində sürücü ölüb

Şamaxıda avtomobilin aşması nəticəsində sürücü ölüb
  11 İyun 2023    Oxunub:876
Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, bu gün saat 18 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti