Bakıda beynəlxalq atletika yarışına start verilib
Beynəlxalq memorialda Azərbaycan atletləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan və Oman idmançıları da mübarizə aparırlər. Medallar uğrunda ümumilikdə 120 idmançı qüvvəsini sınayır.
Artıq yarışın ilk gününün qalibləri məlumdur.
100 metr məsafəyə qaçış
Kişilər
Mindia Endeladze (Gürcüstan)
Qadınlar
İlahə Quliyeva
400 metr məsafəyə qaçış
Kişilər
Oğuz Akgül (Türkiyə)
Qadınlar
Lamiyə Vəliyeva
1500 metr məsafəyə qaçış
Əmrah Nağıyev
Üç təkanla tullanma
Kişilər
Mesut Bülbül (Türkiyə)
Qadınlar
Gizem Akgöz (Türkiyə)
Nüvə itələmə
Kişilər
Nuh Polat (Türkiyə)
Qeyd edək ki, memorial Dünya Atletikasının qlobal təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması üçün mühüm rol oynayacaq. Həmçinin, bu nəticələr qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı verəcək.
Teqlər: