Məşhur aktyor olan deputat yol qəzasında yaralandı - FOTO

   Məşhur aktyor olan deputat yol qəzasında yaralandı -    FOTO
  09 İyun 2023    Oxunub:1380
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Bahadır Yenişehirlioğlu və oğlu avtomobil qəzasına düşüblər.
Bu barədə “Anadolu” məlumat yayıb. Hadisə Afyonkarahisar – Uşak yolunun Çalışlar kəndi ərazisində qeydə alınıb. Qəzada ata və oğul yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, mayın 14-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrinə görə, B. Yenişehirlioğlu Manisa şəhərindən millət vəkili seçilib. İxtisasca hüquqşünas olan Yenişehirlioğlu eyni zamanda aktyor və yazıçılığı ilə məşhurluq qazanıb.



AzVision.az


Teqlər:





Xəbər lenti