Qarabağda KOB evləri açılacaq

   Qarabağda KOB evləri açılacaq
  08 İyun 2023    Oxunub:1098
"Qarşıdakı dövrlərdə işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla digər regionlarda növbəti KOB evlərini sahibkarların istifadəsinə verməklə onların əhatə dairəsi genişləndiriləcək".
AzVision.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda ölkənin 41 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir:

"Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda KOB İnkişaf Mərkəzləri istifadəyə verilmişdir. Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir".

Aytən Zəhra
AzVision.az


Teqlər: KOB  





Xəbər lenti