"Qarabağda biznes fəaliyyətinə böyük maraq var"

 "Qarabağda biznes fəaliyyətinə böyük maraq var"
  08 İyun 2023    Oxunub:1006
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir".
AzVision.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bugünədək KOBİA-ya 1400-dən artıq müraciət daxil olub və onların təqribin 500-ə yaxını xarici şirkətlərin müraciətlər".

"Sadalanan bu rəqəmlər həm yerli, həm də xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağını göstərir. Əlbəttə ki, dövlətin tətbiq etdiyi fiskal və sosial güzəştlər fonunda sahibkarların bu sahədə fəallığı bölgənin qısa müddət ərzində bərpasına və inkişafına öz töhfəsini verəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti