Nazir müavini qeyri-neft, qaz sektorundakı artımları açıqladı

   Nazir müavini  qeyri-neft, qaz sektorundakı artımları açıqladı
  08 İyun 2023    Oxunub:1103
"Görülmüş işlər nəticəsində 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-neft, qaz sektorunda Ümum Daxili Məhsulda 3,1 faizlik artım qeydə alınıb. Xarici ticarət əlaqələrində müşahidə edilən müsbət dinamika nəticəsində bu ilin 4 ayında ixrac 6,5 faiz artaraq 12 milyard dollar təşkil edib".
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu dövrdə qeyri-neft məhsullarının ixracı 21,2 faiz artıb.

"Bu ilin birinci rübündə qeyri-neft, qaz sahəsində investiya qoyuluşu ötən illə müqayisədə 51,7 faiz artıb.Qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda yerli alətlərin tətbiq edilməsi sahibkarlığın inkişafına töhfə verəcək.

Qarabağ regionun iqtisadi dəyər zəncirinə reinteqrasiyası, Naxçıvanın iqtisadi rayonun iqtisadi potensialının daha yüksək səviyyədə reallaşdırılması qarşıdakı dövrlərdə iqtisadi artıma təkan verəcək. Hər iki istiqamətdə inkişafın təmin olunması ilə dövlət proqramları qəbul edilib. Qarabağda iki sənaye parkı yaradılıb və rezidentlər üçün açıqdır. Azad edilmiş ərazilərin inkişafı ilə bağlı güzəştlər paketi qəbul edilib. Bu da sahibkarların bu bölgələlərə investiya qoyuluşu üçün cəlbedici addımlardır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Neft   qaz  





Xəbər lenti