Tanışını öldürmək istəyən şəxs tutulub

Tanışını öldürmək istəyən şəxs tutulub
  08 İyun 2023    Oxunub:683
Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə AzVision.az -a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 7-si saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İbtidai istintaq davam etdirilir.

AzVision.az


Teqlər:






Xəbər lenti