Toy karvanında sürücülər arasında dava düşdü - VİDEO

   Toy karvanında sürücülər arasında dava düşdü -    VİDEO
  08 İyun 2023    Oxunub:1167
Bakıda toy karvanında dava düşüb.
İki “Niva” markalı avtomobilin sürücüsü yolda “Prius” markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Avtomobillərdən birinin sürücüsü hərəkətin əksinə dayanaraq digər nəqliyyat vasitələrinin gedişinə maneə yaradıb. Bununla bağlı videokadrlar sosial şəbəkələrdə paylaşılıb.

Hadisə paytaxtın Neftçilər prospektində qeydə alınıb. Hələlik bilinməyən səbəbdən ağ və qara rəngli “Niva” markalı avtomobillər hərəkətdə olan “Toyota Prius” markalı maşını sıxışdırıblar. Daha sonra avtomobillərin sürücüləri arasında mübahisə olub.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, yayılan görüntülər nəzarətə götürülüb və sürücülərin aşkarlanaraq inzibati qaydada məsuliyyətə cəlb edilmələri istiqamətində axtarış aparılır. Qeyd edək ki, baş verən bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 100 manat və 4 balla nizamlanır.



AzVision.az


Teqlər: Toy   Karvan   Qəza  





Xəbər lenti