Mahir Emreli “Beşiktaş”a qolu belə vurdu - Video
Sonra tərəflər daha bir qol vurub və matç 3:3 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bu, Emrelinin Türkiyə superliqasında 2-ci qolu olub.
***
Bu gün Türkiyə çempionatında sonuncu turun oyunu keçirilir.
AzVision.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşır. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Emreli 46-cı dəqiqədə meydana daxil olub. O, meydana daxil olduqdan 1 dəqiqə sonra 47-cı dəqiqədə komandasının 2-ci, bərabərlik qolunun müəllifi olub.
Hazırda "Beşiktaş" 35 oyundan 77 xalla 3-cü, "Konyaspor" isə 35 matçdan 50 xalla 8-ci yeri tutur.
7 iyun
"Beşiktaş" - "Konyaspor" - 3:3 (İkinci hissə)
Qollar: Fernandes, 6 (1:0), Muleka, 41 (2:0), Ulgun, 45+2 (2:1), Emreli, 47 (2:2), Pozuelo, 51 (2:3), Bingöl, 62 (3:3)
Qırmızı vərəqə: Olgun, 66 ("Konyaspor")
AzVision.az
Teqlər: