"Onlar artıq planetimizdədirlər" - ABŞ yadplanetlilər haqqında gözlənilməz nəticəyə gəlib |
Keçmiş Milli Geoməkan Kəşfiyyat Agentliyi və Hərbi Hava Qüvvələri veteranı Devid Qraş bildirib ki, “Bunlar yerdən kənar mənşəli texniki nəqliyyat vasitələridir. İstəsəniz onlara "kosmik gəmilər" deyə, və ya yerə enmiş, ya da qəzaya uğramış yerdən kənar ekzotik mənşəli nəqliyyat vasitələri söyləyə bilərsiz”.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, ona “hökumətin ən yaxşı saxlanılan sirlərindən bəziləri” həvalə olunub.
D. Qraş iddia edir ki, Amerika hakimiyyəti uzun illərdir ki, yadplanetlilərin gəmilərini bərpa edir.
Xatırladaq ki, son vaxtlar ABŞ hərbçiləri real Naməlum Uçan Obyekt (UFO) təhlükəsi barədə daha çox xəbərdarlıqlar edirlər. Hətta mart ayında “Politico” nəşri Amerika ordusunda naməlum uçan obyektlərin təhdidləri ilə bağlı növbəti isteriyaların yaşanması barəsində geniş yazı da dərc etmişdi.
Tural Tağıyev
AzVision.az