İrqçiliyə etiraz olaraq qara geyinəcəklər

   İrqçiliyə etiraz olaraq qara geyinəcəklər
  07 İyun 2023    Oxunub:1287
Braziliya millisi ilk dəfə qara formada çıxış edəcək.
AzVision.az "Globo" nəşrinə istinadən xəbər verir ki, Qvineya ilə yoldaşlıq matçında istifadə ediləcək bu geyim irqçilik əleyhinə aksiya olacaq. Komandanın yalnız matçın ilk hissəsində qara formaları geyinəyi bildirilib.

Qeyd edək ki, Braziliya yığmasının Qvineya ilə yoldaşlıq görüşü iyunun 17-də olacaq.

Xatırladaq ki, Braziliya millisində son olaraq "Real"da çıxış edən Vinisius Junior irqçiliyə məruz qalıb. La Liqanın 35-ci turunun matçında "Valensiya" azarkeşləri Vinisiusu "meymun" və "axmaq" adlandıraraq təhqir edib və bu da futbolçuların əlbəyaxa davasına səbəb olub. Nəticədə oyun 8 dəqiqə dayandırılıb, Vinisius isə qırmızı vərəqə ilə meydandan qovulub.

AzVision.az


Teqlər:





Xəbər lenti