Naxçıvanda faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək

Naxçıvanda faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək
  06 İyun 2023    Oxunub:923
Naxçıvan Muxtar Respublikasında faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək.
Culfa Rayon Geologiya və Kəşfiyyat İdarəsindən bildirilib ki, muxtar respublika ərazisində kəşf edilən və Faydalı Qazıntı Ehtiyatları Komissiyasında qeydiyyata alınan 13 filiz və 54 qeyri-filiz yatağı mövcuddur. Bu yataqların potensialından istifadə edilməsi üçün real zəmin yaradılıb.

Qeyd edilib ki, ilk dəfə olaraq muxtar respublika ərazisində faydalı qazıntı yataqlarının hərraca çıxarılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulur. Culfa və Babək rayonları ərazisində yerləşən Qoşaldağ qum yatağının 3,3 hektar hissəsi hərraca çıxarılmaq üçün formalaşdırılıb və hüquqi sənədləşdirmələr tərtib edilib. Faydalı qazıntıların hərraca çıxarılması iyunun 2-dən iyulun 7-dək davam etdiriləcək.

Mədənçilik və karxana fəaliyyəti ilə məşğul olmaq istəyən dövlət və özəl sektorun nümayəndələri, eləcə də hüquqi və fiziki şəxsləri hərraca dəvət edilir. (Report)

AzVision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti