Pensiyaya görə anasının meyidini betonlayıb hamamda gizlətdi
Hər şey istintaq tədbirləri çərçivəsində qadının evində axtarış aparılarkən üzə çıxıb. Müstəntiqlər duş kabinasının döşəməsinin altında şübhəli beton plitə aşkarlayıblar. Məlum olub ki, bir il əvvəl dünyasını dəyişən 88 yaşlı təqaüdçünün meyidi orada gizlədilib.
Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin yaydığı məlumata görə, 61 yaşlı həmin qadın saxlanılıb.
Saxlanılan qadının oğlu da qalmaqallı cinayət işi ilə bağlı açıqlama verib. O deyib ki, nənə öz əcəli ilə ölübmüş. Lakin onun yaxınları bu barədə heç kimə və heç yerə məlumat verməmək qərarına gəliblər. Çünki mərhumun yüksək pensiyası olub. Yaşlı qadının cəsədi sadəcə duş otağına basdırılıb və burada onun üstünə beton tökülüb.
Tural Tağıyev
AzVision.az