Türkiyə kəşfiyyatının yeni rəhbərinin konserti təxirə düşdü - VİDEO

   Türkiyə kəşfiyyatının yeni rəhbərinin konserti təxirə düşdü -    VİDEO
  06 İyun 2023    Oxunub:1814
Türkiyə kəşfiyyatının yeni rəhbəri İbrahim Kalının iştirakı ilə iyulun 6-da İstanbulda keçirilməsi planlaşdırılan konsert ləğv edilib. Bununla belə, oktyabrda keçiriləcək konsertin biletləri hələ də satışdadır.
Kalın bir neçə single yazdırıb, oxuyur və saz çalır. 2022-ci ilin oktyabrında o, Beynəlxalq Xalq Musiqisi Festivalı çərçivəsində üç musiqiçi ilə birlikdə konsert verib.

İyulun 6-da Kalın eyni komandanın tərkibində İstanbulda açıq hava məkanında çıxış etməli idi. Lakin çərşənbə axşamına olan məlumata görə, tədbir haqqında informasiya yalnız təşkilatçının və bilet operatorlarının saytında qalıb. Onu almaq mümkün olmayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi nümayəndəsi İbrahim Kalını ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri təyin edib. O, 2014-cü ildən Türkiyə Respublikası Prezidentinin rəsmi nümayəndəsi kimi çalışırdı.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: İbrahimKalın  





Xəbər lenti