Benzema da "Real"dan getdi

   Benzema da "Real"dan getdi
  04 İyun 2023    Oxunub:1197
"Real" futbolçusu Kərim Benzema ilə yolları ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Fransalı hücumçu ilə iyunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, Benzema Madrid təmsilçisinə 2009-cu ildə transfer olunub. "Real"da oynadığı 14 mövsümdə o, 25 titul qazanıb: 5 Çempionlar Liqası kuboku, 5 klublararası dünya çempionatı kuboku, 4 Avropa superkuboku, 4 La Liqa, 3 Kral kuboku və 4 İspaniya superkuboku .

Benzema "Real"da 647 oyuna çıxıb və 353 qol vurub. 35 yaşlı oyunçu klub tarixinin ən çox qol vuran 2-ci futbolçusudur.

İyunun 6-da oyunçu ilə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, "Real" bu ay Marko Asensio, Mariano Dias və Eden Hazardla da yolları ayırıb.
AzVision.az





Teqlər:





Xəbər lenti