"Onlar artıq planetimizdədirlər" - ABŞ yadplanetlilər haqqında gözlənilməz nəticəyə gəlib

      "Onlar artıq planetimizdədirlər" -    ABŞ yadplanetlilər haqqında gözlənilməz nəticəyə gəlib
  02 İyun 2023    Oxunub:5319
Bir neçə gün öncə Nyu-Yorkda keçirilən "Pentaqon, yerdən kənar təfəkkür və qəzaya uğrayan UFO-lar" adlı tematik konfransda diqqət çəkən çıxışlar olub. Stenford Universitetinin professoru Harri Nolan yadplanetlilərin Yer kürəsini ziyarət etdiyini və onların hələ də buradan uzaqlaşmadıqlarını deyib.
AzVision.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Aparıcı Aleks Klokus ondan yadplanetlilərin planetimizdə olması ehtimalını faizlə açıqlamağı xahiş edib.

Nolan cavab olaraq qeyd edib ki, bu, "100 faizlik ehtimaldır". Onun sözlərinə görə hətta biz bu varlıqları əvvəllər də görmüşük. Lakin İspan gəmilərini ilk dəfə görən Cənubi Amerika qəbilələri kimi, biz də onlar haqqında xüsusi, fərqli bir şey düşünməmiş. Yəni necə ki, qəbilələr qeyri-adi heç nə görməmişdilər, indiki insanlar da planetimizin "qonaqları"nı adi qəbul edib keçib gediblər...

" Onlar meydana çıxıb deyirlər ki, "sizlərdən hansınız nəyi gördüyünüzü dərk edə biləcək qədər ağıllısınız? Siz gözünüzün qarşısında olanın əsl formasını (görünüşünü-red.) görə bilirsinizmi? Bəs məlumatların anomal sıçrayışlarını necə, görürsünüz? " - Nobel mükafatına namizəd olan alim qeyd edib.

Kainatda yalnızıqmı: “Fermi paradoksu”nun açması
Professor ABŞ Konqresində yerdənkənar həyatla bağlı dinləmələrdə iştirak etdiyini, həmçinin “vurulan naməlum uçan aparatlarlar yenidən bərpası üçün mühəndislik proqramlarında” iştirak edən insanları tanıdığını deyib. Onun fikrincə, bu araşdırmalar nəticəsində əldə edilən biliklərin kiçik bir parçası belə əsl texniki inqilaba səbəb ola bilər.

Nəşr yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi Nolanı “Havana sindromu”nun təhqiqatına, eləcə də “UFO-lardan qalan” materialların analizi proseslərinə cəlb edib. Maraqlıdır ki, onun məlum açıqlamaları ABŞ-da yerdənkənar həyatın axtarışı layihələrinə marağın yenidən artması fonunda gəlib. Hətta Kaliforniya Universitetinin bir qrup alimi yadplanetlilərin 2029-cu ildə Yerlə təmas qura biləcəkləri fərziyyəsini irəli sürüblər.

Xatırladaq ki, son vaxtlar ABŞ hərbçiləri real Naməlum Uçan Obyekt (UFO) təhlükəsi barədə daha çox xəbərdarlıqlar edirlər. Hətta mart ayında “Politico” nəşri Amerika ordusunda naməlum uçan obyektlərin təhdidləri ilə bağlı növbəti isteriyaların yaşanması barəsində geniş yazı da dərc etmişdi.

"Politico" Florida senatoru Marko Rubiodan gətirdiyi sitatda isə yazılmışdı: "Hərbi bazalarımız və poliqonlarımız üzərində nələrsə uçur. Amma bunun nə olduğunu bilmirik".

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Yadplanetli  





Xəbər lenti