Toyda qardaşlar bıçaqlandı

   Toyda qardaşlar bıçaqlandı
  02 İyun 2023    Oxunub:940
İyunun 1-də saat 23 radələrində Hacıqabul şəhərində şəhər sakinləri Elşən Quliyevin və qardaşı Amidin xəsarət almaları barədə polisə məlumat daxil olub.
DİN-dən AzVision.az -a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Mehman Rzayevin münaqişə zəminində E.Quliyevə və qardaşına xəsarət yetirməsi müəyyən edilib. Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə toy şənliyi zamanı baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti