Qubada gənc oğlan bıçaqlanaraq öldürülüb

Qubada gənc oğlan bıçaqlanaraq öldürülüb
  02 İyun 2023    Oxunub:1061
Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb.
Quba Rayon Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, iyunun 2-si saat 1 radələrində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanovun Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Murad Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti