"Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb" - Nazir

   "Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb" -    Nazir
  01 İyun 2023    Oxunub:1288
Abşeron, Qarabağ, Ümid (Mərhələ II), Babək, Azəri-Çıraq-Günəşli Dərin Qaz və “yaşıl enerji” layihələri əlavə qazı təmin edəcək mühüm mənbələr kimi qeyd olunub.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, 2026-cı ilin sonuna istismara verilməsi planlaşdırılan 1800 MVt gücündə külək və günəş elektrik stansiyaları hesabına 1 milyard kubmetrdən çox qaza qənaət ediləcək. 2030-cu ildə daha 5 QVt “yaşıl” istehsal güclərinin istifadəyə veriləcəyi və bu həcmlərin ilkin mərhələdə 4 QVt-nın Qara dəniz vasitəsilə Avropaya, 1 QVt-nın isə Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində ixracının nəzərdə tutulur.

Nazir deyib ki, Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb. Bərpa olunan enerjinin quruda 135 QVt, dənizdə isə 157 QVt texniki potensialı əsasında ölkəmiz bu gün “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr icra edir: “Hazırda “Masdar”, “ACWA Power”, bp və “Fortescue Future Industries” şirkəti ilə 25 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əlavə 3 QVt-dək bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti