Tullantılardan enerji istehsal ediləcək

   Tullantılardan enerji istehsal ediləcək
  31 May 2023    Oxunub:912
Azərbaycan tullantılardan enerji istehsalı sahəsində İtaliyanın “Maire Tecnimont” şirkətilə əməkdaşlıq edəcək.
AzVision.az Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu, “Bakı Enerji Həftəsi” çərçivəsində nazirliklə “Maire Tecnimont” şirkəti arasında Enerji Keçidi sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumunda öz əksini tapıb.

Bildirilir ki, sənəd, həmçinin aşağı karbon texnologiyaları, “yaşıl hidrogen”, bioyanacaqlar, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını əhatə edir.

Memorandumun məqsədi tərəflər arasında enerji məsələləri, o cümlədən bərpa olunan enerji, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən ibarətdir.

Sənədi energetika nazirinin müavini Elnur Soltanov və şirkətin baş icraçı və baş əməliyyat direktoru Alessandro Bernini imzalayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti