Tom Odell Bakıda ilk dəfə konsert verəcək

   Tom Odell Bakıda ilk dəfə konsert verəcək
  29 May 2023    Oxunub:2290
Britaniyalı müğənni və bəstəkar Tom Odell paytaxtımızda konsert proqramı ilə çıxış edəcək.
AzVision.az xəbər verir ki, Odell iyunun 21-də azərbaycanlı pərəstişkarları üçün öz mahnılarını ifa edəcək, Bakıda əsl müsiqi bayramı yaşadacaq. Konsert "Pera Group"un təşkilatçılığı ilə baş tutacaq. Sənətçinin Bakı Konqres Mərkəzinin səhnəsində musiqisevərlərin qarşısına çıxacağı gözlənilir.

Məşhur türkiyəli müğənni Bakıda möhtəşəm konsert verdi
Qeyd edək ki, Odell 7 yaşından pianoda ifa etməyə və daha sonra öz mahnılarını bəstələməyə başlayıb. Onun ən məşhur mahnıları "Another Love", "Real Love", "Heal" "Grow Old With Me"dir .

Bakıda ilk dəfə olan britaniyalı sənətçi musiqilərinə görə bir sıra mükafatlar, o cümlədən, 2014-cü ildə ən yaxşı kişi solo albomu üçün "BRIT Awards"ı qazanıb.

Biletləri şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik mall”, “28 mall”, “Park Bulvar” ticarət mərkəzlərindən və “iTicket.Az” saytından onlayn əldə edə bilərsiniz.

Aygün Xankişiyeva
AzVision.az



Teqlər:   Konsert   Müğənni   Bakı  





Xəbər lenti