ABBA "Eurovision 2024"də çıxış etməkdən imtina edib

   ABBA "Eurovision 2024"də çıxış etməkdən imtina edib
  25 May 2023    Oxunub:865
Gələn il 50 illiyini qeyd edəcək ABBA musiqi qrupu “Eurovision 2024” mahnı müsabiqəsində çıxış etməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu il müğənni Lorenin qələbəsindən sonra İsveç 2024-cü ildə "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyi etmək hüququ əldə edib. "Lakin gələn il müsabiqədə qalib olmasının 50 illiyini qeyd edəcək İsveçin ən məşhur ABBA musiqi qrupu öz ifası ilə avrofansları sevindirməyəcək", The Guardian xəbər verir.

Benny Andersson və Bjorn Ulvaeus qrupun qələbəsinin 50 illiyini səhnəyə çıxmadan qeyd etmək fikrində olduğunu bildiriblər.

"Mən istəmirəm. Əgər birimiz buna qarşıyıqsa, deməli hamı buna qarşıdır", Anderson deyib.

Qeyd edək ki, ABBA 1974-cü ildə "Eurovision" Mahnı Müsabiqəsində Waterloo mahnısı ilə birinci yeri qazanıb.

AzVision.az

Teqlər:







Xəbər lenti