“Fitch Ratings” ABŞ-ın kredit reytinqi aşağı sala bilər

   “Fitch Ratings” ABŞ-ın kredit reytinqi aşağı sala bilər
  25 May 2023    Oxunub:1064
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” hazırda ən yüksək “AAA” səviyyəsində olan ABŞ-ın kredit reytinqini aşağı sala biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə “Forbes” agentliyin məlumatlarına istinadən xəbər verib. Hesabatda deyilib ki, belə bir qərar dövlət borcunun yuxarı həddini aşması səbəbindən defolt təhlükəsi səbəbindən verilə bilər.

Qeyd olunub ki, “Fitch” uzunmüddətli xarici valyutada emitentin defolt reytinqini mənfi proqnozla “Rating Watch”a (reytinq nəzərdən keçirilir) yerləşdirib.

“Fitch Ratings”in qərarına siyasi fikir ayrılıqlarının artması səbəb olub. Müddət yaxınlaşmasına baxmayaraq, borc tavanının artırılması və ya limitin dayandırılması ilə bağlı müqavilənin bağlanmasına mane olurlar.

AzVision.az


Teqlər:





Xəbər lenti